Şeyx Sərdara 17 il həbs cəzası verildi

seyx-serdara-17-il-hebs-cezasi-verildi
Oxunma sayı: 6209

Dövlətə xəyanətdə ittiham olunaraq tutulan ilahiyyatçı Şeyx Sərdarın (Sərdar Babayev) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, S.Babayev dövlətə xəyanətdə təqsirli bilinərək 17 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Babayev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ittiham elan edilib.