Silah oğurladığı evi yandırmışdı, saxlanıldı - Foto

silah-ogurladigi-evi-yandirmisdi-saxlanildi
Oxunma sayı: 1479

Lənkəranda izi itirmək üçün oğurluq etdiyi evi yandıran şəxs saxlanılıb.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupuna istinadən xəbər verir ki, hadisə bu ilin 2 fevral tarixində rayonun Boladi kəndində baş verib.

Kənddəki evlərdən birinin yanması və həmin evdən 1 ədəd ov tüfənginin oğurlanması ilə bağlı həmin vaxt polisə məlumat daxil olub. Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində həmin yaşayış evinin Boladi kənd sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Şaiq Mirzəyev tərəfindən yandırıldığı məlum olub. Belə ki, həmin şəxs həmkəndlisinin evinə gizli yolla daxil olaraq oradan "İJ" markalı ov tüfəngini oğurladıqdan sonra həmin evi yandırıb. Ş.Mirzəyev hadisədən 10 ay sonra saxlanılıb və oğurlanan silah aşkarlanaraq maddi sübut kimi götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.