Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Qafqazinfo”nun məlumatına görə, qəza şəhərin Köhnə Şəhər massivi ərazisində qeydə alınıb.
Hadisə zamanı “Hyundai” markalı yük avtomobili ilə “Xəzər” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində bir nəfər hadisə yerində həyatını itirib.
Digər yaralı ağır kəllə-beyin travması ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı

Son xəbərlər
Son Xəbərlər