“Son zəng” bu tarixdə keçiriləcək

son-zeng-bu-tarixde-kecirilecek
Oxunma sayı: 15686

Ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri iyunun 14-də keçiriləcək. 

Bu barədə “Qafqazinfo”ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. 

Bildirilib ki, 2024-2025-ci tədris ilinin bütün dövlət ümumi təhsil müəssisələrində “Son zəng” tədbirlərinin iyunun 14-də keçirilməsi ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatı var.

Qeyd edək ki, “Son zəng” tədbirləri hər il iyunun 14-də keçirilirdi. Lakin bu il həmin tarix şənbə gününə təsadüf etdiyinə görə, tədbirlərin iyunun 13-də keçiriləcəyi ilə bağlı məlumatlar yayılmışdı.