Stoltenberq Qəzzadakı atəşkəsin uzadılması ilə bağlı çağırış etdi

stoltenberq-qezzadaki-ateskesin-uzadilmasi-ile-bagli-cagiris-etdi
Oxunma sayı: 1004

NATO-nun Baş katibi Yens Stoltenberq İsrail və HƏMAS arasında Qəzzada dördüncü və son gününə çatan humanitar fasilənin uzadılmasına çağırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Stoltenberq bu haqda noyabrın 28-29-da Brüsseldə keçiriləcək NATO Xarici İşlər Nazirləri Toplantısından əvvəl deyib. 

“Fasilənin uzadılmasına çağırıram. Bu, Qəzzadakı insanların çox ehtiyac duyduğu yardımın çatmasını təmin edəcək”, - deyə o bildirib.