Sülhməramlılar ermənilərlə birlikdə üzüm bağı salır - Foto

Sülhməramlılar ermənilərlə birlikdə üzüm bağı salır
Oxunma sayı: 7341

“Qarabağdakı Rusiya sülhməramlıları Əsgəran rayonunda məskunlaşan ermənilərin plantasiyalarda üzüm bağlarının yenidən salınması zamanı təhlükəsizliyini təmin ediblər”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Əsgəran rayonunun sakinləri təmas xətti yaxınlığında kənd təsərrüfatı işlərinin təhlükəsizliyinin təmin edilməsi xahişi ilə Rusiya sülhməramlı kontingentinə müraciət ediblər. Hazırda üzüm tingləri köçürülür", - Rusiya sülhməramlı kontingentinin sözçüsü Aleksey Zayçev bildirib.

Rusiya MN-nin məlumatında qeyd olunur ki, Əsgəran rayonunun Xramort kəndində Rusiya sülhməramlıları ərazini partlayıcı obyektlərdən və partlamamış hərbi sursatlardan təmizlədikdən sonra üzüm bağları köçürülüb.

Xatırladaq ki, sülhmərmalılar yay aylarında taxıl biçinində də ermənilərə kömək etmişdi.