“Sumqayıt”ın 20 futbolçusunda koronavirus çıxdı, məşqlər dayandı

sumqayitin-20-futbolcusunda-koronavirus-cixdi-mesqler-dayandi
Oxunma sayı: 992

Premyer Liqanın 12-ci turu çərçivəsində “Zirə”nin qonağı olacaq “Sumqayıt” məşqləri dayandırıb.

“Qafqazinfo” futbolinfo.az-a istinadən xəbər verir ki, komanda üzvlərinin dünən verdiyi koronavirus testinin nəticəsi səbəbindən belə qərar qəbul edilib.
 
Belə ki, heyətdəki futbolçulardan 18-nin, eyni zamanda 2 inzibati heyət işçisinin test nəticəsi pozitiv çıxıb. 

Testi pozitiv çıxan futbolçular bunlardı: Mehdi Cənnətov, Aydın Bayramov, Vurğun Hüseynov, Tellur Mütəllimov, Rəhim Sadıqov, Adəm Həmati, Cavid İmamverdiyev, Hüseynəli Quliyev, Camələddin Xocaniyazov, Xəyal Nəcəfov, Vüqar Mustafayev, Nurlan Quliyev, Elvin Bədəlov, Kərəm Sultanov, Eltun Turabov, Elvin Məmmədov, Murad Xaçayev və Rüfət Abdullazadə.
 
“Sumqayıt” bütün məşqləri dayandırıb, futbolçular karantinə alınıb. Klub Peşəkar Futbol Liqasına müraciət edərək “Zirə” ilə matçın təxirə salınmasını istəyib.