Super Ay göründü...

super-ay-gorundu
Oxunma sayı: 3475

Avqustun 19-da saat 22:26-da 2024-cü ilin ilk Super Ayı müşahidə olunub. 

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından “Qafqazinfo”ya bildirilib ki, bu hadisə zamanı Ay 14 faiz böyük və 30 faiz parlaq görünüb.

Avqustun 19-da Ay saat 19:41-də doğub və səhər saatlarınadək görünəcək. Bu zaman Yerlə Ay arasındakı məsafə 361,969 kilometr olur.

Ayın orbiti tam dairəvi deyil, elliptik olduğundan, Yerlə Ay arasındakı məsafə daim dəyişir. Ay öz perigeyində bədirlənmiş Ay fazasına uyğun gələrsə, o zaman Super Ay müşahidə olunur.

İlin sonunadək sentyabrın 18-də, oktyabrın 17-də və noyabrın 15-də də Super Ay müşahidə ediləcək.