Super Liqada 15-ci turun nəticəsi

super-liqada-15-ci-turun-neticesi
Oxunma sayı: 1968

Ötən gün Türkiyə Super Liqasında 15-ci tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.

“Ankaragücü” - “Rizəspor” matçında qalib müəyyənləşməyib - 1:1. “Konyaspor” - “Sivasspor” oyunu isə qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Xatırladaq ki, Türkiyə Super Liqasının hesabat turunda “Ankaragücü” - “Rizespor” matçı keçirilib. Final fitindən sonra Ankara təmsilçisinin prezidenti Faruk Koca qarşılaşmanın baş hakimi Halil Umut Melerə yumruq zərbəsi endirib. Zərbə nəticəsində ədalət təmsilçisi yerə yıxılıb və o, gözündən ciddi xəsarət alıb.