Suraxanı rayonunda Beynəlxalq Əlillər Günü qeyd olundu - Foto

suraxani-rayonunda-beynelxalq-eliller-gunu-qeyd-olundu
Oxunma sayı: 1062

Beynəlxalq əlillər günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə əmək, müharibə əlilləri, Çernobıl qəzasının iştirakçıları və müxtəlif səbəblərdən əlil olmuş 200-ə yaxın rayon sakininin iştirakı ilə “Aura” şadlıq evində görüş olub.

“Qafqazinfo” xəbər verir ki, görüşdə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB yanında Şuranın üzvləri, RİHBA-nın məsul işçiləri, rayonun idarə, müəssisə və ictimai təşkilat rəhbərləri, müxtəlif kateqoriyadan olan bir qrup əlil iştirak edib.

Tədbirin əvvəlində xüsusi istedadı və qabiliyyəti ilə seçilən əlillərin əl işlərindən təşkil olunmuş sərgiyə baxış olub.

Görüşdə çıxış edən rayon Əziz Əzizov bildirib ki, hazırda Suraxanı rayonunda 10491 nəfər əlil yaşayır. Onlardan, ümumi səbəbdən əlil olan 8414 nəfər, Azərbaycanın müdafiəsi zamanı əlil olan 1782 nəfər, hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olan 107 nəfər, Böyük Vətən Müharibəsi əlili 12 nəfər, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olan 152 nəfər, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olan 24 nəfərdir. Rayonda 18 yaşına çatmayan əlillərin sayı 906 nəfərdir. Onların hamısına dövlət tərəfindən pensiya və müavinət verilir.

Tədbirdə çıxış edən “Rayon əlillər cəmiyyəti”nin sədri Tahir Dəmirçiyev, “Çernobıl əlilləri” İttifaqının Suraxanı rayon filialının sədri Akif Bayramov, 2016-cı il aprel döyüşünün iştirakçısı Elşən Qarayev, “Əlil Qadınlar” cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri Rəsmiyyə Səfərova, “20 Yanvar” cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri Bəxtiyar Ağayev əlillərə göstərilən diqqətə və qayğıdan danışıblar.