Suraxanı RİH başçısı da vaksin vurdurdu - Foto

suraxani-rih-bascisi-da-vaksin-vurdurdu
Oxunma sayı: 2276

Suraxanı rayonunda 50 yaşdan yuxarı sakinlər əlavə vaxt itkisi sərf etmədən və növbə gözləmədən münasib tarixdə və saatda randevu.its.gov.az saytında onlayn şəkildə qeydiyyatdan keçməklə təyin olunmuş ən yaxın tibb məntəqəsini seçərək peyvənd olunurlar.

Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib mərhələ olduğunu və dövlət tərəfindən həyata keçirilən bu tədbirlərin əhalinin infeksiyadan xilas olması üçün düşünüldüyünü nəzərə alaraq hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür.

Artıq Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov COVID-19 əleyhinə peyvənd olunub.