Suraxanıda mənzildə meyit aşkarlandı

suraxanida-menzilde-meyit-askarlandi
Oxunma sayı: 1171

Bakıda mənzildə 48 yaşlı kişinin meyiti aşkarlanıb.

Bu barədə "Qafqazinfo" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1973-cü il təvəllüdlü Abdulov Nadir Məmməd oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.