Koronavirus pandemiyasına qarşı ciddi tədbirlər görülməklə yanaşı, Suraxanı rayonunda abadlıq-quruculuq işləri də öz axarı ilə davam edir. Rayon ərazisində aparılan genişmiqyaslı abadlıq işləri çərçivəsində yollar abadlaşdırılır, küçələrə asfalt vurulur.
“Qafqazinfo” xəbər verir ki, illərdir Hövsan qəsəbəsi, Məktəbli küçəsində yolsuzluqdan əziyyət çəkən vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə hazırda həmin küçədə 690 metr (4 140 kv.m) asfalt örtüyü salınır.
Qeyd edək ki, ötən ilin sonundan başlayaraq Hövsan qəsəbəsinin İbiş Məmmədov, Dənizkənarı, Oktay Şabanov, Elman Qasımov, İlqar Əhlimanov, Elçin Məmmədov küçələrində asfalt örtüyü döşənib. Həmçinin, rayonun bütün qəsəbələrində ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri mərhələli şəkildə davam etdirilir.




Son xəbərlər
Son Xəbərlər