Rusiyalı aktrisa Svetlana Aqeyeva 79 yaşında dünyasını dəyişib. “Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti”yə Lipetsk Dram Teatrının direktoru Qalina Kuleşova məlumat verib.
Aktrisa uzun sürən xəstəlikdən sonra yanvarın 28-də dünyasını dəyişib. Aqeyeva ilə vida mərasimi Moskvada keçiriləcək.
O, tamaşaçılara daha çox ““I əməliyyatı” və Şurikin digər macəraları” filmindən tanışdır. Aktrisa 2000-2011-ci illərdə Lipetsk Dram Teatrının səhnəsində oynayıb. Daha sonra oğlu onu özü ilə Moskvaya aparıb.

Son xəbərlər
Son Xəbərlər