Sürücü avtobusu şüşələri qırıq vəziyyətdə idarə edib? - Video+Yenilənib

surucu-avtobusu-suseleri-qiriq-veziyyetde-idare-edib
Oxunma sayı: 2298

Paytaxtda 166 nömrəli marşrut üzrə hərəkət edən avtobusun sərnişinlərlə hərəkətdə olarkən qırıq şüşələrlə idarə olunması barədə görüntülər yayılıb.

“Qafqazinfo” Baku.ws-ə istinadən xəbər verir ki, həmin görüntülər sosial şəbəkələrdə yayılıb.

Videodan görünür ki, avtobusun yan şüşələri sınıb, qırıq şüşə parçalar isə salonun içinə tökülüb.

***

Məsələ ilə bağlı avtobusun istismarında olduğu “General Auto Company” firmasının direktor müavini Asif Rüstəmov Oxu.Az-a açıqlama verib:

“1 noyabr tarixində “General Auto Company” şirkətinin istismarında olan 166 saylı marşrut xəttində fəaliyyət göstərən avtobusun şüşələri qarşıdan gələn digər avtobusun güzgüsünün dəmir qolu ilə toqquşduqdan sonra sınaraq salona tökülüb”.

O vurğulayıb ki, avtobusun şüşələri sındıqdan sonra sürücü bir neçə dayanacaq şəhər istiqamətində hərəkət edib:

“Bundan sonra sərnişinlər arxadan gələn digər avtobusa mindiriliblər. Qəzalı avtobus isə təmir üçün qaraja gətirilib.

Hadisə barədə məlumatımız olan kimi sürücü qaraja dəvət edilib, izahatı alınıb və intizam tənbehi seçilib”.