Erməni jurnalist Şaqen Nazaryan Dağlıq Qarabağda baş verən döyüşlərlə bağlı Rusiya mətbuatına açıqlama verib.
"Qafqazinfo" xəbər verir ki, jurnalist "Komsomolskaya Pravda"ya açıqlamasında bildirib ki, Dağlıq Qarabağda vəziyyət gərgin olaraq qalır:
"Mən özüm indi Rusiyadayam, amma Qarabağda anam başda olmaqla xeyli qohumum var. Mən bu gün- bazar günü onunla danışmışam, o dedi ki, Şuşa rayonunun boşaldılması prosesi gedir, hazırda şəhər boşalıb. Hadrutda isə qanlı döyüşlər davam edir. Əgər vəziyyət düzəlməsə, uşaqları İrəvana aparacaqlar".
Son xəbərlər
Son Xəbərlər