Şuşaya yeni polis rəisi təyin edildi

susaya-yeni-polis-reisi-teyin-edildi
Oxunma sayı: 9659

Şuşaya yeni polis rəisi təyin olunub.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Polis polkovnik-leytenantı Səməd Akif oğlu Məhərrəmov Şuşa Şəhər Polis Şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, S.Məhərrəmov Vətən Müharibəsinin iştirakçılarından olub. O, bundan əvvəl Goranboy Rayon Polis Şöbəsində çalışıb.