Tağıyevin heykəlinə zərər yetirən şəxslər saxlanıldı

tagiyevin-heykeline-zerer-yetiren-sexsler-saxlanildi
Oxunma sayı: 17012

Hacı Zeynalabdin Tağıyevin Bakıdakı heykəlinə zərər yetirən şəxslər müəyyən olunaraq saxlanılıb.

Bunu “Qafqazinfo”ya açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Xəbəri rusca oxuyun: Задержаны лица, повредившие памятник Гаджи Зейналабдину Тагиеву - Фото

DİN rəsmisi hazırda araşdırmaların davam etdirildiyini bildirib. 

E.Hacıyevin sözlərinə görə, heykəlin qoparılan elementi heykəltaraşın iştirakı ilə yerinə bərpa edilib.

Xatırladaq ki, ötən axşam açılışdan sonra Tağıyevin yeni açılışı olan heykəli zədələnib, onun əlindəki təsbeh sınaraq yerə düşüb. 

Həmçinin oxuyun: Hacı Zeynalabdin Tağıyevin abidəsi zədələndi - Fotolar

Стала известна личность вандалов - Фото

Emin Səfərov