Tarixi görüş başa çatdı - Yenilənib

tarixi-gorus-basa-catdi
Oxunma sayı: 5802

İsveçrənin Lozanna şəhərində Suriya üzrə danışıqlar artıq başlayıb.

Qafqazinfo”nun “Posta”ya istinadən verdiyi məlumata görə, Bakı vaxtilə saat 18:30-da başlayan toplantıdan öncə Rusiya Xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında görüş olub.

Lozannada “Beau-Rivage Palace” hotelində keçirilən toplantıya ABŞ, Rusiya, Səudiyyə Ərəbistanı, İraq, İran və Qətər qatılıb.

İraq XİN rəhbəri İbrahim Cəfəri və iranlı həmkarı Cavad Zərif də danışıqlarda iştirak edir.

***

Görüşün yekunlarına dair birgə bəyanat verilməyəcək.

***

Lozannada Suriya ilə bağlı 4 saatdan çox davam edən danışıqlar yekunlaşıb. Bu barədə “Tass.ru” diplomatik mənbəyə istinadən məlumat yayıb.