Tayvanda zəlzələ oldu

tayvanda-zelzele-oldu
Oxunma sayı: 1648

Tayvanda 5 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi Meteorologiya Bürosu məlumat yayıb.

Bildirib ki, Taypeydə baş verən zəlzələ zamanı binalar silkələnib, lakin ciddi dağıntılar barədə məlumat yoxdur.

Zəlzələnin episentri adanın şərq sahillərində olub. ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələnin ocağı 26,9 km dərinlikdə yerləşib.