“Tədbir sinif səviyyəsində təşkil edilib” - Qalmaqallı foto ilə bağlı açıqlama

tedbir-sinif-seviyyesinde-teskil-edilib
Oxunma sayı: 8688

Bakı Şəhəri üzrə Təhsil İdarəsi ötən gün paytaxtda 164 nömrəli orta məktəbdə 9 May – Qələbə Günü münasibətilə keçirilən tədbirdə iştirak edən şagirdlərin sinəsinə “Georgi lenti” yapışdırılmasına münasibət bildirib.

Qurumdan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu tədbir interaktiv dərs formatında məktəbin ibtidai sinif müəllimlərinin təşəbbüsü ilə yalnız sinif səviyyəsində təşkil edilib. Dərs zamanı çəkilmiş fotoşəkildə əks olunmuş atributlar bir sıra sosial media istifadəçiləri arasında narazılığa səbəb olub. 

Xəbəri rus dilində oxuyun: Ищем талантливую молодежь в этом виде спорта

“Qeyd olunan məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan təhlil zamanı müəyyən olunub ki, 9 may gününə həsr olunan bu tip dərslər məktəbdə müxtəlif illərdə də keçirilib. Bu dərslərdə əvvəlki illərdə istifadə olunmuş atributlar məktəbdə saxlanılıb və bu il də təkrar olaraq istifadə edilib.

Məktəbin müəllimləri ilə söhbət zamanı onlar tədbirin sinifdaxili mahiyyət kəsb etdiyini və bunun məktəbdən kənarda bu qədər ciddi narahatlıq doğuracağını güman etmədiklərini bildiriblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu tipli tədbirlərdə həssaslıqla qəbul edilə biləcək məsələləri müəllimlərin, eləcə də məktəb rəhbərliyinin diqqətinə çatdırıb. 

İctimaiyyətin ümumtəhsil müəssisələrində baş verən bu cür hallara diqqətli yanaşmasına görə təşəkkürümüzü bildirir, eyni zamanda həssaslıq doğura biləcək mövzularda təhsilalanların müzakirə predmetinə çevrilməməsini xahiş edirik” – açıqlamada bildirilir.