“Təhlükəsizliyim üçün narahatam”

tehlukesizliyim-ucun-narahatam
Oxunma sayı: 1049

ABŞ Prezidenti Donald Tramp öz təhlükəsizliyi ilə bağlı narahatlığını ifadə edib. 

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı bu barədə “NBC News” telekanalına müsahibəsi zamanı jurnalistin “Təhlükəsizliyiniz barədə narahatsınız?” sualını cavablandırarkən danışıb. 

“Bu barədə narahatam, amma bu fikri başdan çıxarmalısan, əks halda öz işini görə bilməzsən”, - ABŞ lideri deyib.  

Xatırladaq ki, 2024-cü ildə Donald Tramp iki dəfə sui-qəsd cəhdi ilə üzləşib. İlk hadisə iyulun 13-də Pensilvaniyada baş verib. Belə ki, 20 yaşlı Tomas Metyu Kruksun açdığı atəş nəticəsində Tramp qulağından yaralanıb. İkinci hadisə isə həmin il sentyabrın 15-də Floridada, siyasətçiyə məxsus qolf klubunda qeydə alınıb. Həmin vaxt Rayan Rut adlı şəxs kolluqların arasında gizlənərək tüfənglə Trampı hədəf almağa çalışsa da, Məxfi Xidmət agentləri tərəfindən vaxtında zərərsizləşdirilib. Hadisə yerindən qaçmağa çalışan Rut qısa müddət sonra yaxalanıb. Məhkəmə prosesi zamanı Rutun siyasi motivlərlə hərəkət etdiyi və cinayəti qabaqcadan planlaşdırdığı sübuta yetirilib. Məhkəmənin hökmü ilə Rayan Rut ömürlük həbs cəzasına məhkum edilib.