Təhsil İdarəsində yeni təyinatlar

tehsil-idaresinde-yeni-teyinatlar
Oxunma sayı: 12615

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni kadr təyinatları aparılıb.

“Qafqazinfo” xəbər verir ki, Təhsil nazirinin müvafiq əmrlərinə əsasən, BŞTİ-nin müdir müavini vəzifələrinin icrası Raman Məmmədova və Şahin İsgəndərova həvalə edilib.

Qeyd edək ki, Raman Məmmədov hazırda BŞTİ-nin İnsan resursları sektorunun müdiri və İdarənin müdir müavini vəzifəsinin, Şahin İsgəndərov isə BŞTİ-nin Təminat və təchizat sektorunun müdiri və İdarənin müdir müavini vəzifəsinin icraçısıdır.