Təkəri partlayan təyyarəni sərnişinlər itələdi - Video

tekeri-partlayan-teyyareni-sernisinler-iteledi
Oxunma sayı: 3756

Nepalda təkəri partlayan təyyarə sərnişinlər tərəfindən uçuş-enmə zolağından çıxarılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Nepalın Kolti bölgəsindəki Bajura hava limanında “Tara Air” şirkətinə məxsus təyyarənin təkəri partlayıb.

Təyyarəni daşımaq üçün vasitə olmadığına görə, sərnişinlər təyyarəni uçuş-enmə zolağından çıxarmağa çalışıblar.

“Tara Air” şirkəti hadisəni təsdiqləyib.