Teleqüllə yaxınlığında yaşayan sakinlər köçürülür - Müvəqqəti sığınacaq yaradıldı

telequlle-yaxinliginda-yasayan-sakinler-kocurulur
Oxunma sayı: 6563

Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində yaradılmış xüsusi qərargahın iclası keçirilib.

İcra Hakimiyyətinin mətbuat xidmıtindən “Qafqazinfo”ya verilən məlumata görə, qərargahın iclasından sonra Səbail Rayon İcra Hakimiyyəti və Polis İdarəsinin əməkdaşları həmin ərazidə olaraq sakinlərlə görüşüblər.

Təhlükəsizlik nöqteyi-nəzərindən sakinlərə müvəqqəti olaraq evlərini tərk etmələri, qohumları və yaxınlarının evlərinə köçmələri təklif olunub.

Sakinlərin köçürülməsi üçün ərazidəki idarə, təşkilat və müəssisələrdə müvəqqəti sığınacaq yaradılıb.

Ərazi polis nəzarətinə götürülüb.