Təltif edilənlərdən biri nazir müavinidir

teltif-edilenlerden-biri-nazir-muavinidir
Oxunma sayı: 10766

Prezident İlham Əliyevin Sərəncamına əsasən, bu gün 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunanlardan biri də Aqil Səlim oğlu Qurbanovdur.

“Qafqazinfo” xəbər verir ki, 39 yaşlı A.Qurbanov 2022-ci ildən müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini vəzifəsini icra edir.

2023-cü ildə dövlət başçısının növbəti Sərəncamı ilə müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

2023-cü ildən etibarən isə müdafiə nazirinin müavini - Baş direktor vəzifəsindədir.

Ailəlidir. İki övladı var.