Terrorçular “Santa Klaus” geyimində olublar - Video

terrorcular-santa-klaus-geyiminde-olublar
Oxunma sayı: 6610

Xəbər verdiyimiz kimi, bayram gecəsi Türkiyənin İstanbul şəhərində gecə klubuna silahlı hücum olub.

Qafqazinfo” Hurriyet-ə istinadən xəbər verir ki, terror törədilən məkan ölkənin ən bahalı və məşhur klublarından olan “Reina”dır.

35 nəfərin ölümünə səbəb olan hücumu “Santa Klaus” paltarı geyinmiş terrorçular törədiblər. Türkiyə mətbuatı yazır ki, Yeni İlin “carçı”ları terrorda istifadə etdikləri silahları məhz hədiyyə üçün nəzərdə tutulmuş torbalarda kluba keçiriblər.

Bu yolla da onlar diqqəti özlərindən çəkindirə və bayram şənliyinə qatıla biliblər.

Terrorçulardan birinin ilk görüntüləri təhlükəsizlik kamerasına da düşüb: