TFF prezidentinin vəziyyəti pisləşdi

tff-prezidentinin-veziyyeti-pislesdi
Oxunma sayı: 5179

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşinin Səudiyyə Ərəbistanında qaldığı oteldə vəziyyəti pisləşib.

“Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı TFF açıqlama yayıb.

“TFF prezidenti Mehmet Büyükekşinin təzyiqi yüksəldiyi üçün həkim müayinəyə gəlib. Vəziyyətinin hazırda yaxşı olduğu bildirilib”, - açıqlamada bildirilir.

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanında baş tutması planlaşdırılan Türkiyə Superkubok matçı təxirə salınıb. Buna səbəb “Fənərbaxça” - “Qalatasaray” matçının keçiriləcəyi Səudiyyə Ərəbistanında hökumətin meydana komandaların “Atatürk” yazılı köynəklərlə çıxmasına icazə verməməsi olub.