“TikTok” bu ölkədə külli miqdarda cərimələndi

tiktok-bu-olkede-kulli-miqdarda-cerimelendi
Oxunma sayı: 2015

Çinin “TikTok” sosial şəbəkəsi İtaliyada 10 milyon avro cərimələnib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İtaliyanın Rəqabətə Nəzarət Təşkilatı məlumat yayıb:

“Şirkətin platformada yayılan məzmuna nəzarəti qeyri-adekvatdır, xüsusən də yetkinlik yaşına çatmayanların və həssas şəxslərin təhlükəsizliyini təhdid edə biləcək məzmunla bağlı vəziyyət daha kritikdir”.

Bundan əlavə, agentlik platformanı potensial təhlükəli məzmunun, o cümlədən çağırışların yayılmasının qarşısını almaq üçün adekvat tədbirlər görməməkdə ittiham edib.

Bildirilir ki, bəzi paylaşımlar uşaqların fizioloji və psixi inkişafına mənfi təsir göstərir.