Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın namizədliyini ittifaqın Özbəkistandakı nümayəndəliyinin rəhbəri vəzifəsinə irəli sürüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Aİ-nin Mətbuat xidməti yayıb.
Bu təyinatla bağlı qərar Özbəkistanın rəsmi razılığı alındıqdan sonra qüvvəyə minəcək.
Qeyd edək ki, T.Klaar 2017-ci ilin oktyabrından Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsidir.