“Toy yoxdu, indi lotereya pulunu qarnımıza xərcləyirik”

toy-yoxdu-indi-lotereya-pulunu-qarnimiza-xercleyirik
Oxunma sayı: 7366

“Evdən kənara çıxmırıq, pəhriz saxlayırıq. 59, 8 kq çəkim var idi, indi 55 olub. Həyatımız yeyib içməkdən ibarət deyil. Kimin marağı nəyə varsa, onlayn öyrənə bilər. Bütün günü faydalı işlərlə məşğul oluram”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Sevinc Səfərova “X magazin” proqramına açıqlamasında bildirib. Sənətçi əkiz bacısı ilə karantin rejimində evdə olduqlarını qeyd edib.

O, toy və başqa tədbirlər təxirə düşdüyü üçün lotereya pulundan istifadə etdiyini söyləyib: “İşlərin hamısı təxirə salınıb. Hamıda necədirsə, bizdə də elədir. Yaxşı ki, dörd yerə lotereya oynayırıq. Toy olmasa da, lotereyadan pul götürürük.

Bəxtimizdən dörd ay ard-arda bizim sıralar gəlir. Heç şanslı deyilik. Planlaşdırmışdıq ki, o pulları götürüb hər ay bir ölkəyə istirahətə gedəcəyik. Qismət olmadı, ancaq qarnımıza xərcləyirik. Çox pis haldı”.