“Toyuqlar öz həyətimdəndir, əliboş gəlim?!” - Azərbaycanlı qadın gündəm oldu - Video

toyuqlar-oz-heyetimdendir-elibos-gelim
Oxunma sayı: 4122

Türkiyənin Sabiha Gökçen Beynəlxalq Hava Limanında baş vermiş hadisə maraqla qarşılanıb.

“Qafqazinfo” xəbər verir ki, gömrük yoxlaması zamanı azərbaycanlı qadına məxsus çamadandan 2 qutu paxlava, dondurulmuş toyuq  və fərqli çeşiddə yeməklər aşkarlanıb.

Bu zaman təamları uşaqları üçün gətirdiyini bildirən qadın həmçinin gömrük işçilərinə də paxlava təklif edib. Yeməklərin sərhəddən keçirilməsinin qadağan olduğunu söyləyən əməkdaşa o cavabında deyib: “Toyuqlar öz həyətimdəndir. Yeməklərin hamısını özüm hazırlamışam. Bunlar uşaqlarım üçündür. Nə edim? Oradan bura əliboş gəlim?!”

Xəbəri rus dilində oxuyun: Домашняя курица вне закона: курьез на турецкой границе - ВИДЕО

DMAX kanalında “Gümrük muhafaza Türkiye” adlı layihə çərçivəsində yayımlanan görüntülər sosial şəbəkələrdə viral olub.