“Trampın hesabını blokladığımıza görə sevinmirəm” - “Twitter”in rəhbəri

trampin-hesabini-blokladigimiza-gore-sevinmirem
Oxunma sayı: 1812

ABŞ-ın “Twitter” şirkətinin rəhbəri Cek Dorsi ABŞ-ın hazırkı prezidenti Donald Trampın hesabının bloklanmasını şərh edib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, o, sözügedən qərarı doğru hesab etdiyini bildirib.

“Mən Donald Trampı tvitterdə bloklamaq məcburiyyətində olduğumuza görə sevinmirəm və bununla fəxr etmirəm. Bu doğru idimi? Mən hesab edirəm ki, bu “Twitter” üçün doğru qərar idi”, - Dorsi sosial şəbəkədəki səhifəsində yazıb.