Transseksualı öldürən şəxsə hökm oxundu

transseksuali-olduren-sexse-hokm-oxundu
Oxunma sayı: 6319

Bakıda cinsi azlıq nümayəndəsini qətlə yetirən Mirşahid Mehdiyevin məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, o, son sözündə peşman olduğunu, şantaj edilməsəydi, zərərçəkəni öldürmək fikrində olmadığını deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, M.Mehdiyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda Qaradağ rayonunda qeydə alınıb. 27 yaşlı Əhəd Nuriyevin üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Məlum olub ki,  onun tanışı, 36 yaşlı Mirşahid Mehdiyev Əhədə məxsus telefonda olan videogörüntüsünün silinməməsi səbəbindən onu bıçaqlayaraq öldürüb.

Hadisə ilə bağlı yayılan ilkin məlumatda öldürülən şəxsin qadın olduğu deyilsə də, qətlə yetirilən Əhəd Nuriyevin transseksual olduğu məlum olmuşdu.

Amin Nəzərli