TRT-nin baş direktoru Azərbaycanda keçirilən “Eurovision” müsabiqəsinin nəticələrini şübhə altına alıb. O, müsabiqədə İsveçi təmsil edən Lorinin əvvəlcədən qalib olacağını hamının bildiyini açıqlayıb.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən məlumatına görə, TRT-nin baş direktoru İbrahim Şahin keçirdiyi mətbuat konfransında “Eurovision”la bağlı Bakıda keçiriləcək toplantıya getməzdən öncə kimin birinci olacağının danışıldığı və həmin şəxsin də qalib seçildiyini bildirib.
TRT-nin baş direktoru Lorinin final şousundan əvvəl mətbuat konfransı keçirməsini də bununla bağlayıb: “Lorin birinci oldu. Bu, bir təsadüfdürmü deyə düşündüm. Bir şeyi də qeyd edim ki, Lorin müsabiqədən öncə mətbuat konfransı keçirərək Azərbaycanda insan haqqlarının pozulduğunu bəyan etmişdi.
Həqiqətən də yarışmada səsvermə olub. Biz “Eurovision”a iddialı qrupla qatılmışdıq. Daha çox səs qazanacağımızı düşünürdük. Gördüyünüz kimi “Eurovision”da adətən qonşu dövlətlər bir-birinə səs verib”.
Son xəbərlər
Son Xəbərlər