Tural Abbaslının ilk testi pozitiv çıxdı, səhəri “neqativ” dedilər

tural-abbaslinin-ilk-testi-pozitiv-cixdi-seheri-neqativ-dediler
Oxunma sayı: 4154

Ağ Partiyasının rəhbəri Tural Abbaslının koronavirus testinin nəticəsi pozitiv çıxıb. 

Bu barədə “Qafqazinfo”ya danışan T. Abbaslı testin nəticəsindən narazı olduğunu bildirib. 

O qeyd edib ki, aprelin 15-də müayinə üçün özəl xəstəxanaların birinə müraciət edib: “Bu zaman əlavə olaraq COVİD-19 testi də verməli oldum. Həmin gün axşam mesaj gəldi ki, testin nəticəsi pozitivdir. Yaşadığınız ərazini tərk etməyin. Məndə isə virusun heç bir əlaməti yox idi.

Aprelin 16-da başqa özəl xəstəxanada yenidən yaxma testi verdim. Nəticə neqativ çıxdı. Bir gün sonra qan testi verdim. Bu zaman da nəticə neqativ çıxdı. 

Hazırda ilk analizin cavabları portala işləndiyindən mən evdən çıxa bilmirəm. Ola bilsin ki, xəstəliyi asimptomatik keçirirəm. Ancaq bütün hallarda bir neçə gün dalbadal verilən analizlərin cavabları bir-biriylə uzlaşmır. Ona görə də bir az evdə qalıb yenidən test üçün müraciət edəcəyəm”.

Günel Türksoy