Turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi

turizm-merkezi-dunyanin-en-cirkli-seheri-secildi
Oxunma sayı: 5565

Tailandın Çianqmay şəhəri dünyanın ən çirkli atmosferə malik şəhəri seçilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının tərtibatına əsasən, Çianqmayda havada olan çirkli maddələr təhlükəsizlik həddindən 35 dəfə yüksəkdir.

Hətta bu aydan Tailand hökuməti havanın çirklənməsi ilə mübarizə üzrə tədbirlər görməyin zəruriliyi barədə xəbərdarlıq edib. 

Qeyd edək ki, Çianqmay yüksək turizm potensialı ilə fərqlənir. Havası çirkli olan şəhər qədim məbədlərinə və digər görməli yerlərinə görə hələ də turist axınına şahidlik edir.