“Rusiya Dağlıq Qarabağda hansı anlayış içərisində yer alırsa, eyni şəkildə bizim də oradakı müşahidə və monitorinq heyətlərimiz yerini alacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, hazırda Rusiya sülhməramlıları Dağlıq Qarabağda bəlli nöqtələrdə yerləşməyə başlayıb.
“Danışıqlar həm xarici işlər nazirlərimiz arasında, eyni zamanda indi Rusiyadan bura gəlməkdə olan heyət arasında aparılacaq”, - deyə Ərdoğan qeyd edib.
Son xəbərlər
Son Xəbərlər