Türkiyə-Rusiya monitorinq mərkəzindən - Videoreportaj

turkiye-rusiya-monitorinq-merkezinden
Oxunma sayı: 2577

REAL TV-nin rəhbəri Mirşahin Ağayev Ağdamda yaradılmış Türkiyə-Rusiya birgə monitorinq mərkəzində olub. 

“Qafqazinfo” xəbər verir ki, süjetdə mərkəzin birgünlük fəaliyyətinə nəzər yetirilib. Bildirilib ki, Rusiya və Türkiyə hərbçiləri Azərbaycanın ərazi bütövlüyünü, sabitliyi, dincliyi qoruyurlar. Onlar bu gün Azərbaycanla Ermənistan arasında bağlanmış 10 noyabr sənədinin ən xırda detallarını bilə nəzərdən qaçırmadan işləyirlər. Bu gün Azərbaycanda ermənilərlə azərbaycanlılar arasında yaşana biləcək istənilən münaqişənin qarşısını almaq ilk növbədə onların vəzifəsidir.

Mərkəzdə quraşdırılmış monitorlarda Qarabağın bütün mühüm strateji məntəqələrinin necə müşahidə altında olduğu göstərilir. Ortaq mərkəzdə hər şey bərabərlik prinsipi əsasında bölünüb. Mərkəzdə hərbi qulluqçular üçün istirahət otağı da nəzərdə tutulub. Belə ki, istirahət vaxtı istənilən hərbi qulluqçu onlar üçün ayrılmış konteynerdə dincələ bilər. 

Qeyd edək ki, mərkəzdə həmçinin birgə tibb məntəqəsi, idman salonu, namaz otağı, dua evi, market, bərbərxana, dərzi, iki stadion, yeməkxana da var.