Türkiyə Su Şurasının Baş katibi “Azərsu”da - Fotolar

turkiye-su-surasinin-bas-katibi-azersuda
Oxunma sayı: 1567

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində Azərbaycanda səfərdə olan Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Su Ehtiyatlarının İdarə Edilməsi Baş İdarəsinin direktor müavini, Su Şurasının Baş katibi Mustafa Uzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov qonaqları salamlayaraq Səhmdar Cəmiyyətin fəaliyyəti barədə məlumat verib. Sədr müavini layihələrin həyata keçirilməsində beynəlxalq maliyyə qurumları və xarici şirkətlərlə əməkdaşlıq edildiyini diqqətə çatdırıb.

M.Uzun təmsil etdiyi qurumun fəaliyyəti ilə bağlı məlumat verib. Qeyd edib ki, əsas vəzifə su ehtiyatlarının mühafizəsi və davamlı istifadəsini təmin etmək, bu sahədə qanunvericilik bazasını təkmilləşdirmək, su ehtiyatlarının milli və beynəlxalq idarəçiliyini koordinasiya etməkdir.

Görüşdə Türkiyənin su təsərrüfatı ilə bağlı geniş təqdimat keçirilib, su ehtiyatlarından səmərəli istifadə sahəsində mövcud vəziyyət, bu sahədə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.