Türkiyə Superkubokunun Xankəndidə keçirilməsini təklif etdi

turkiye-superkubokunun-xankendide-kecirilmesini-teklif-etdi
Oxunma sayı: 5805

Türkiyəli siyasətçi Sinan Oğan “Fənərbaxça” və “Qalatasaray” arasındakı Superkubok matçının Xankəndidə keçirilməsini təklif edib.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə öz “X” hesabındakı paylaşımında bildirib:

“Əgər xarici ölkədə oynamaq istəyirsinizsə, Xankəndi stadionunu məsləhət görürəm. Əks halda, final Türkiyə paytaxtına yaraşır”.

Qeyd edək ki, Türkiyə Superkubokunda keçirilməli olan “Fənərbaxça” – “Qalatasaray” matçı Səudiyyə Ərəbistanı hökumətinin qadağalarına görə təxirə salınıb.