Türkiyə yığması Avropa ikincisi oldu

turkiye-yigmasi-avropa-ikincisi-oldu
Oxunma sayı: 1525

Basketbol üzrə Avropa çempionatında final mərhələsinin oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, həlledici matçda Türkiyə millisi Almaniya yığması ilə qarşılaşıb.

Gərgin keçən qarşılaşmada Almaniya yığması 88-83 hesabı ilə qalib gələrək Avropa çempionu adına layiq görülüb.

Qeyd edək ki, “Ay-ulduzlular” 24 il əvvəl də finalda Yuqoslaviya millisinə məğlub olaraq turnirin qalibi ola bilməmişdi.