Türkiyədə 80 yaşlı azərbaycanlı qadın itkin düşdü - Video

turkiyede-80-yasli-azerbaycanli-qadin-itkin-dusdu
Oxunma sayı: 1518

Türkiyədə 80 yaşlı azərbaycanlı qadın itkin düşüb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Çorum şəhərində baş verib.

Belə ki, getdiyi yeri tapa bilməyən qadın, yol polisinə müraciət edib. Qadın polisə evinin ünvanını 4 gündür ki, itirdiyini bildirib. 

Azərbaycanlı qadın yaxınlarının tapılması üçün polis bölməsinə aparılıb.