Türkiyədə bu ərazilər xüsusi təhlükəsizlik zonası elan edildi - Siyahı

turkiyede-bu-eraziler-xususi-tehlukesizlik-zonasi-elan-edildi
Oxunma sayı: 4493

Türkiyənin Şırnak vilayətinin bəzi bölgələri xüsusi təhlükəsizlik zonası elan edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, qeyd olunan ərazilər milli təhlükəsizliyin, ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi üçün 15 gün müddətinə xüsusi təhlükəsizlik zonası kimi nəzarətə götürülüb.

Həmin ərailərin siyahısı budur: Şırnak mərkəzi ilə Cizre, Silopi sərhədində yerləşən Cudi dağı, Bestler Dereler bölgəsi, Kurt dağı, Kürəşin, Kel Mehmet Dağları, Serin Vadi, Faraşin, Altın Dağ , Güçlükonak, Uludere və Beytüşşebap rayonları, İncebel dağı, Oymakaya və Tanin bölgələri.