Türkiyədə dənizə düşən azərbaycanlı gəncin cəsədi tapıldı

turkiyede-denize-dusen-azerbaycanli-gencin-cesedi-tapildi
Oxunma sayı: 2303

Xəbər verdiyimiz kimi, Türkiyənin Zonquldak şəhərinin Ereğli rayonunda yük gəmisində çalışan azərbaycanlı gəmiçi, 22 yaşlı Anar Orucov dənizə düşüb. Bartından gələn Sahil Mühafizə dalğıclarının həyata keçirdiyi axtarışlar heç bir nəticə verməmiş və qaranlığın düşməsi ilə axtarışlara son qoyulmuşdu.

“Qafqazinfo”nun Türkiyə mediasına istinadən məlumatına görə, səhər saatlarında yenidən keçirilən axtarışlar zamanı A. Orucovun cansız bədəni aşkar olunub.

Həmçinin oxuyun: Azərbaycanlı gəmiçi Türkiyədə dənizə düşdü - Anbaan video