Xətai rayon İcra Hakimiyyəti tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən silsilə tədbirlər davam edir.
"Qafqazinfo"ya daxil olan məlumata görə, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin üzvü Hüseynbala Mirələmov, Xətai rayon bələdiyyəsinin sədri Əliyar Əliyev, rayon İcra Hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanovun da daxil olduğu nümayəndə heyəti Xətai rayonu ilə qardaşlaşmış Türkiyənin Tarsus şəhərində təşkil olunacaq təntənəli tədbirdə iştirak etmək üçün qardaş ölkədə səfərdədir.
Tədbir 9 may 2017-ci il tarixdə Türkiyə vaxtı ilə saat 16:00-da Tarsus şəhərindəki Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda təşkil olunacaq.

Son xəbərlər
Son Xəbərlər