Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 3 polis həlak oldu - Yenilənib

turkiyede-isid-e-qarsi-emeliyyat
Oxunma sayı: 1694

Türkiyənin Yalova şəhərində İŞİD-ə qarşı əməliyyat keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, keçirilən əməliyyat zamanı 7 polis əməkdaşı yaralanıb.

Yaralanan şəxslər xəstəxanaya yerləşdirilib.

Onların sağlamlıq vəziyyətlərinin yaxşı olduğu bildirilib.

***

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı 3 polis əməkdaşı şəhid olub: “Həmçinin atışma zamanı 8 polis əməkdaşı və 1 mühafizəçi yaralanıb”.

Qeyd olunub ki, əməliyyat zamanı 6 İŞİD terrorçusu zərərsizləşdirilib.

***

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç isə hadisə ilə bağlı 5 nəfərin şübhəli qismində saxlanıldığını açıqlayıb.