Bu gün Azərbaycanın sevilən sənətçisi, estrada müğənnisi, Xalq artisti Faiq Ağayevin doğum günüdür.
“Qafqazinfo” xəbər verir ki, sənətkarın 54 yaşı olur.
37 ildir estrada səhnəsində öz mövqeyini qoruyub saxlayan Faiq Ağayev tamaşaçıların rəğbətini qazanmağa davam edir. Səhnədəki enerjisi, dəyişməz üslubu və illərə meydan oxuyan görüntüsü ilə yaşını demək olar ki, hiss etdirmir.
Qeyd edək ki, pərəstişkarları arasında “Cənab Qızıl Şlyager” ləqəbini qazanan sənətkar yaradıcılıq fəaliyyəti ərzində 300-dən çox solo konsert verib.
Onun “Sən gəlməz oldun”, “Səni əvəz eləmir”, “Sən elə bilirdin”, “Ayrılma məndən”, “Pəncərə”, “Ömür bumu”, “Dönmə geri” və.s kimi mahnıları dillər əzbəridir.










Son xəbərlər
Son Xəbərlər