Türkiyədə seçkidə dava - 1 ölü, 11 yaralı

turkiyede-seckide-dava
Oxunma sayı: 3560

Diyarbakırın Sur rayonunda seçki zamanı insident yaşanıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən rayonda muxtarlıq seçkisi səbəbiylə iki qrup arasında dava düşüb.

Daş, dəyənək və silahdan istifadə olunan davada bir nəfər ölüb, 11 nəfər isə yaralanıb.

Jandarma qruplarının ərazidə təhlükəsizlik tədbirləri davam edir.

Faktla bağlı araşdırma aparılır.