Türkiyədə 4,4 maqnitudalı zəlzələ olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb
Bildirilib ki, zəlzələ yerli vaxtla 06:24-də Afyonkarahisar şəhərinin mərkəzində qeydə alınıb. Yeraltı təkanların ocağı 6,99 km dərinlikdə yerləşib.